Məzmuna keç

Məna nə

Vikimənbə saytından
Məna nə
Müəllif: Çoban Əfqan
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014.

 
Sən olan yerlərdə, a Püstə xanım,
Kəklik nədir, turac nədir, sona nə?
Geyib libasını cölə çıxanda,
Biz çobanlar yüz yol baxsa, məna nə?!

Dodağın püstədir, saçların çin-çin,
Dilin zəhirmardı, nökərlər üçün.
Nə var ki, üz tutur dağ sarı köçün,
Ətir verir gül bədənin, nanə nə!

Səhər tezdən bulaq üstə yenəndə,
Gözüm qalır nar yetirən sinəndə.
Saymayırsan Çoban Əfqan dinəndə,
Söz deyəndə deyirsən ki, mənə nə?