Məndə sığar Allah, qəlbimdədir Tanrı
Məndə sığar Allah, qəlbimdədir Tanrı (1993) Müəllif: RAUF CAVAD |
Məni yoxdan, topraqdan xəlq etmiş Xuda,
Yaxşı söz Həqdən gəlir, səsidir nidA!
Bir gün var ikən bir gün yoxam aləmdə,
Lakin əzəlidir Xuda, ruhi bəqa.
Həqqi bilən üsyan etməz Xaliqinə,
Bilən bilirki, Allah sığmaz dünyaya.
Məndə sığar Allah, qəlbimdədir Tanrı!
Söylədi Nəsimi, səs saldı cahana.
Sığmaz sözlərə, yerə-göyə Allah,
Gör necə sığıb insan qəlbinə səda.
İnsan necə qüvvədir sığmır aləmə,
Sən kimsən? Həqq verib qiymət sənə, əla.
Aləm surəti büsbütün nişanəsi,
Həqq təala edib insanda təcəlla.
Nuru, on dörd nuru bəzər, Həqqə bənzər,
Qanı aləmi bəzər, Nuri Kərbəla.
Çəkdilər tir-çarmıxa, dandılar Həqqi ,
Tarix yenə qıydı İsa məzlumlara.
Fironlar alır gücünü cahillərdən,
Dərs almır küt qafillər hələ də Musa!
Anlamadı Həqqi, Nəsimini kimsə,
Etdilər zülm-əziyyət tüm insanlığa.
Tökdülər Rauf qanını qanmaz kimsə,
Cavab verəcək hər kəs Sahib Zamana!