Məzmuna keç

Məndədi (Şair Ağacan)

Vikimənbə saytından
Məndədi
Müəllif: Şair Ağacan
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. ISBN 978-9952-571-42-4

İki deməm bir Allaha, hökmü Quran məndədi,
Sanmagınan pəhləvanam, demə meydan məndədi.
Urfatı cəm edərəm, alaram səndən hesab,
Qurulub mizan tərəzi, adil divan məndədi.

Peyğəmbəri xəbər alsan, yüz iyirmi dörd min tamam,
Elm ərəb kimsənədən, mən almışam imtaham,
Ustadımdır Şiri-Yəzdan, Haqq bilirəm on iki imam,
Çağıranda dada yetən Şahimərdan məndədi.

Açaram ürfhn kitabı ara, axtar bil sanı,
Əlfin altında qoyub qədir müjdəm nöqtəni,
Dərdə düşən gəlib alsın Ağacandan dərmanı,
Xəstələrə şəfa verən elmi loğman məndədi.