Məzmuna keç

Məndədi (Xəstə Hasan)

Vikimənbə saytından
Məndədi (XIX əsr)
Müəllif: Xəstə Hasan
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.83

   
Əylən, oğlum, xəbər verim pərli pəkan məndədi,
Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Könül istər sevgisini, düşmüşəm ahu-zara,
Ustadımdan öyüd aldım, ədəb-ərkan məndədi.

Bir zamanlar çöx geyindim bəylərin xalatını,
İxtiyar çağımda yenə mindim eşqin atını,
Gizli mətahımı açsam kim bilir qıymatını,
İnci mərcan, yaqut, zümrüd, gövhəri kan məndədi.

Xəstə Hasan, al sazını, çağır qardaş gəl deyi,
Süsən sünbül, mor bənövşə, bülbül ötür gül deyi,
Çox aşıqlar gördüm satar qarğayı bülbül deyi,
Şirlü şahin, bəhri laçın, tülək tərlan, məndədi.