Məndən (Aşıq Qurbani)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Məndən
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Dağlar, sənin ilə həmdəm olmada,
Əsirgərsən indi qarı da məndən.
Seyraqıbın o tənəli sözləri,
Axır ayrı salar yarı da məndən.

Bu ilməyin, bu köynəyin, bu ağm,
Əzəl başdan bağbanıydım bu bağm,
Sinəm üstə çarpaz düyün bu dağm,
Bağban əsirgəyər narı da məndən.

Bu dünya dediyin bir boş ələkdi,
Haqqm min bir adı onda gərəkdi,
Qurbani der: bu nə çərxi-fələkdi,
Zülümlə ayrarlar yarı da məndən.