Məzmuna keç

Məndənmi mənə bu ələm

Vikimənbə saytından
Məndənmi mənə bu ələm
Müəllif: Aşıq Paşa
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Məndənmi mənə bu ələm?
Hşqdənmi yoxsa dərdi qəm?
Bunca bala, cövrü sitəm
Bilsəm nədəndir, bilməzəm.
Canan olursa gər nihan,
Qalmaya canda zərrə can.
Bula bu sözü mən əyan
Bilsəm nədəndir, bilməzəm.
Eşqin ürəkdə yarəsi,
Bəs olmuşam avarəsi.
Ya Rəbb bu dərdin çarəsi
Bilsəm nədəndir, bilməzəm.
Daim diləfkar olduğum,
Şuridəvü zar olduğum,
Talibi didar olduğum,
Bilsəm nədəndir, bilməzəm.
Aşiqdə bu heyrət nədir?
Məşuqdakı şövkət nədir?
Dərviş buna hikmət nədir?
Bilsəm nədəndir, bilməzəm.