Məni (İbrahim Dərdli)
Jump to navigation
Jump to search
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni (İbrahim Dərdli) Müəllif: İbrahim Dərdli |
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub. |
Ey saqi! Camından nedir bu əsrar?
Qıldı bir qətrasi məstanə məni.
Şərabı ləlində ne keyfiyyət var?
Söyledir əfsanə, efsanə məni.
Qaldır niqabını ey vəchi enver,
Zülməttə könlümüz olsun münəwər.
Şərabi - ləlinin ləzzəti, dilbər
Gezdirir meyxanə, meyxanə məni.
Aşiqin çox bəla gələr başına,
Tehəmmül gərəkdir düşman daşma,
Uzü alovuna, eşq atəşinə,
Yanmaqda seyr etsin pərvanə məni.
Baxmazlar Dərdliyə - alqındır deyə,
Həqiqət bəhrinə dalqındır - deye,
Bir saçı Leylaya vurğundur - deyə,
Yazmışlar dəftərə divanə məni.