Məni (İsoy Qurbanov)(Üç qızım atasız qalıb)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni Müəllif: İsoy Qurbanov |
Üç qızım atasız qalıb,
Bu həsrət sındırır məni.
Yadıma düşdükcə Lətif,
Hicranlar dondurur məni.
Boyunu sevmədim, oğul,
Öyünüb-öymədim, oğul.
Toyunu görmədim, oğul,
Bu dərdlər yandırır məni.
İsoyam, dərdlidi sinəm,
Sözüm yoxdur daha dinəm.
Bir də geri çətin dönəm,
Vəziyyət qandırır məni.
Mənbə
[redaktə]- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.45