Məzmuna keç

Məni (Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Məni (XIX əsr)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Leyli kimi vədə verdin, gəlmədin,
Məcnun kimi saldın dağlara məni.
Bədəsil xoryadı bağban eylədin,
Qoymadın bağçaya, bağlara məni.

Zimistanda, hər payızda, hər yayda,
Hər saatda, hər həftədə, hər ayda.
Hər şivədə, hər ağıda, hər vayda,
Həmişə qatginən ağlara məni.

Məmmədhüseyn deyər, qurban yar sənə,
Sağlığında verrəm ixtiyar sənə.
Mən öləndə vəsiyyətim var sənə,
Öz əlinlə bükdür ağlara məni.