Məzmuna keç

Məni (Əbdüssəməd bəy Aşiq)

Vikimənbə saytından
Məni
Müəllif: Əbdüssəməd bəy Aşiq
Mənbə: Ənvər Çingizoğlu. Behbudovlar. Bakı: Mütərcim, 2008.

Eşq-i dildar edib aşiq-i divanə məni,
Yandırıb şölə-yi ruxsarı çü pərvanə məni,
Xassə şimdi qəm-i dilbər, dil-i divanə məni,
Eyləyib, çərx salıb çün qəm-i hicranə məni.

Var idim qəbl bərin bir nəcə gün mehmani,
Söhbət-i nazik urub, gülər idik pünhani,
Salsalar istəməzəm, canm üçün, qılmani,
Yardan ayrı əğər cənnət-i rizvanə məni.

Çeşm-i şəhlası ahb əldən iman ü dinimi,
Tar ədib zülf-i siyahı, yəqin əylə günümü,
Daima xeyr-i duadan sənə kəsməm dilimi,
Çünki sənsən yetirən bir bələ cananə məni.
 
Çərdənim silsilə-yi zülfdə zəncirə düşüb,
Kördüm ol həlqə-yi kakilidə təsxirə düşüb,
Şükr kim, yaxşı kəməndində könül girə düşüb,
Gəzdirir Qeyssifət zar bu hər yana məni.
 
Qan töküb Qanlıcada təşnə-yi didar varanı,
Ol səbəbdən gecələr sübhə kimi zar varanı,
Leyk hicran-i siyah çeşmilə bimar varanı,
Yetiribdir qəm-i qüssə, yəqin et, canə məni.

Əfv qıl, çünki bəsi şimdi pərişanam mən,
Yad-i ləlin edibən daima giryanam mən,
Hamıdan qət-i nəzər, kudək-i nadanam mən,
Bir siyah danə salıb cah-i zənəxdanə məni.
 
Nə deyim zülf-i piç ü ariz-i gülnarı üçün,
Tarını üzsün onun bad-i səba tarı üçün,
Çün o kafər yaranıbdır könül azarı üçün,
Oldu daim ki, edib Aşiq-i nalanə məni.