Məni (Aşıq Ömər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni (Aşıq Ömər) Müəllif: Aşıq Ömər |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Sabahdan uğradım mən bir gözələ
Gözəl ağlatmadı, güldürdü məni.
Ummaz idim ondan mən bu kərəmi
Ağ köksü üstünə qondurdu məni.
Üç gözəllə gəldi burdan yuxarı
Daramış zülfunü, vermiş tumarı.
Yarın ləblərindən zəmzəm pinarı
Verdi də ağzıma, qandırdı məni.
Burda bir dilbərin mübtəlasıyam
Üç gün ağıllıyam, üç gün dəliyəm.
Dostun baxçasında qönçə gülüyəm
Soğdu al yanağa, soldurdu məni.
Ömər məcbur bülbül kimi ötməyə,
Dostun baxçasında fəryad etməyə.
Yönümü döndərdim qoyub getməyə
Sanldı boynuma döndərdü məni.