Məzmuna keç

Məni (Aşıq Nəsib)

Vikimənbə saytından
Məni
Müəllif: Ağbabalı Aşıq Nəsib
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. ISBN 978-9952-571-42-4

Bir gəlinin gözlərinin,
Yağışı öldürdü məni.
Baxışından çiçək yağır,
Baxışı öldürdü məni.

Bir naxışlı corab gətdi,
Özü bir mərd qızı mərddi,
Gözəlliyi əlamətdi,
Alxışı öldürdü məni.

Nəsib tez durdu ayağa,
Gördü məclisdə bəy,ağa,
Corabı geydim ayağa,
Naxışı öldürdü məni.