Məni (Pir Sultan Abdal)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məni Müəllif: Pir Sultan Abdal |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Alçaqda, yüksəkdə yatan ərənlər,
Yetişin imdada, aldı dərd məni.
Başım alıb hankı yerə gedəyim? –
Getdiyim yerlərdə buldu dərd məni.
Oturub mənimlə ibadət qıldı,
Yalan söylədi də üzümə güldü,
Yalın qılın olub üstümə gəldi,
Çaldı bölük-bölük, böldü dörd məni.
Üstümüzdən gələn boran qış kimi
Yavru şahin pəncəsində quş kimi
Səhərdə, sabahda gələn duş kimi,
Çığırda-bağırda aldı dərd məni.
Abdal Pir Sultanam, könlüm xəstədir,
Kimsəyə deyəməm, könlüm yasdadır,
Bilməm dəli oldu, bilməm ustadır,
Böylə bir sevdaya saldı dərd məni.