Məzmuna keç

Məni cahan tanıdı xidmətində, ey şahım

Vikimənbə saytından
Məni cahan tanıdı xidmətində, ey şahım
Müəllif: Mücirəddin Beyləqani

  
Məni cahan tanıdı xidmətində, ey şahım!
Ağıllılar arasında adım olub əzbər.

...Mən olmadımsa əgər xidmətində bir neçə vaxt, -
Demək deyildi ki, ruhum dəxi uzaqda gəzər.

Uzaq atan məni şahın soyuqluğu oldu,
O nazənin ürəyin, var güman, yenə isinər.