Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi
Görünüş
Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi Müəllif: Sadıq bəy Əfşar |
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.63. |
Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi,
Famxanəsində bir idüm rövşənzəmir etdi.
Məgər kim, mai-meydən özgə bir şərbət bulunmazdı,
O gün kim, çərxi-varun xilqətim xakin xəmir etdi.
Yatıb tutmaqda fərqi yox gədanın şahdən, dövran,
Əgər yalın ona qaqım buna bəstər həsir etdi.
Behəmdüllah, bu gün bir növcəvan, saqi, əlim tutdu,
Məni-üftadəni ənduhi-dövran gərçi pir etdi.
Sənin dür tək sözünə, Sadiqi, canan qulaq tutmaz,
Səni tutdum ki, dövran ənvəri qıldı zəhir etdi.