Məni ol zaman ki zalim fələk hicri-yarə saldı

Vikimənbə saytından
Məni ol zaman ki zalim fələk hicri-yarə saldı
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 89

Məni ol zaman ki zalim fələk hicri-yarə saldı,
Ev-eşikdən ol zamandan elədi, avarə saldı.

Fələk ibtida günündən yola getmədi mənimlə,
Niyə lövhi-eşqə taleh məni bəxtiqarə saldı.

Özümü fəraq odunda kül olunca yaxdı zalım,
Gözümü yolunda qoydu, əcəb intizarə saldı.

Nə yetişdi vəslə Fərhad, nə vüsalə çatdı Məcnun,
Birin etdi dərd əsiri, birin ahu-zarə saldı.

Vüqar, oldu mətləb hasil, könül oldu yarə vasil,
Yolu karivan nigarım yaşayan diyarə saldı.