Mənimçün
Mənimçün Müəllif: Mirzə Baxış Nadim |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Kimsənəm yox mənə yazsın bir namə,
Qürbət içrə bu diyarə mənimçün.
Məlum olsun sizə əhli-məhübban,
Dua qılım sahibkarə mənimçün-.
Malü əmlakımı etdilər təraş,
Tökər mərdümlərim müdanı qanlı yaş,
Əlac edin mənə, ey qövmü qardaş,
Bir yerdən olmadı çarə mənimçün.
Yetmədin dadıma, ədalət şahım,
Səndən qeyri bir kəs yoxdur pənahım,
Dağıldı üstümdən tamam sipahım,
Dağlar göy geyibdir, qara mənimçün.
Əcəb pozdu fələk xanımanımı,
Din yolunda qıldım fəda canımı,
Yığılıb düşmənlər alıb yanımı,
Yerbəyerdən çəkir nərə mənimçim.
Getdi tamam havadarım qırıldi,
Ağlayıb dostlarım, düşmənim güldi,
Qəm çəkib ləşkərin, üstümə gəldi,
Cəfa çəkdi ol biçarə mənimçün.
Car dedigin o aradə bir mahal,
Əskik olmaz ondan müdam qiylü qal,
Fələk əlif qəddim etdi misli-dal,
Namə yazın havadarə mənimçün.
Miskin Baxış, dərdim eylərəm izhar,
Sanki könülümdən heç getməz qübar,
Pənah gətirdim sənə, pərvərdigar,
Yazılıbdır bəxtim qarə, mənimçün.