Məzmuna keç

Mənim (Çorlu Məhəmməd)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənim
Müəllif: Çorlu Məhəmməd
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14.

Bir gəzəri dərvişəm mən,
Dağılıbdı elim mənim.
Yolum, yönüm türk tərəfə,
Əyilibdi belim mənim.

Qohum-qardaş qırılıbdı,
Qanlar axıb durulubdu,
Nahaq divan qurulubdu,
Qan ağlayır dilim mənim.

Məhəmmədəm, öləydim kaş,
Bağlayımmı bağrıma daş!
Bu dərdimə yoxdu əlac,
Vaxtsız solub gülüm mənim.