Mənim (İsoy Qurbanov)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Mənim (1943) Müəllif: İsoy Qurbanov |
Tutu uşaqlardan mənə ver xəbər,
Yuxuma giribdi Minayə mənim.
Sevimli Lətifdən söylə bir qədər,
Dərdlərim çoxalır hər aya mənim.
Mürəbbə, - Lətifin qolundan yapış,
Anana, bacına köməyə çalış,
Edirəm hər zaman haqqa yalvarış,
Dilimdə car olur hər ayə mənim.
Ömürlük həsrətdən İsoy oysanır,
Qismət bu olacaq düşünüb, qanır.
Yerlər də, göylər də od tutub, yanır,
Gedəcəkdi ömrüm bəqayə mənim.
Mənbə
[redaktə]- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.51