Məzmuna keç

Mənim (Şımpırlı Sevgili)

Vikimənbə saytından
Mənim
Müəllif: Şımpırlı Sevgili
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Ayrılmışam halalımdan,
Pərişandı halım mənim.
Yarım çıxmır xəyalımdan,
Yatıbdı yığvalım mənim.

İtirmişəm Mahmudumu,
Fələk verən dərd budumu?
Kəsməmişəm umudumu,
Artıb qeylü-qalım mənim.

Sevgiliyəm, qəm çəkərəm,
Gözlərimdən yaş tökərəm.
Yar yoluna göz dikərəm,
Bükülübdür belim mənim.