Məzmuna keç

Mənim (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənim (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Suludin, firudin* dilim əzbəri,
Oxusam, xoş gələr avazım mənim.
Qünut, rükum, bir də səcdəm səhv olsa,
Neyləsəm, səhihdi namazım mənim.

Günahkardı nə ki yoldan azan var,
İki mələk – xeyir-şəri yazan var,
Ərəsət var, Qıl körpü var, qazan var,
Orda qəbul olsun niyazım mənim.

Ələsgərə şərü böhtan deyənlər,
Şeytana qul olub, riba yeyənlər,
Zəkatsız dövlətə halal deyənlər,
Onlardan halaldı bu sazım mənim.