Mənim (Qurbani)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Mənim (Qurbani) Müəllif: Dirili Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
Alәmi-röyada yarımı gördüm,
Göründü gözümә haralar mәnim!
Qara bağrım şan-şan oldu, dәlindi,
Baş verdi sinәmdә yaralar mәnim!
Şeyda olub gülşәnimdә ötmәdi,
Canan gәlib göz önündәn getmәdi.
Ha aradım, әlim yara yetmәdi,
Günbәgün irәngin saralar mәnim!
Әvvәl başdan belә yazılıb yazı,
Kimlәr gedәr, dünya, sәndәn irazı!..
Şahım şәfaәtçi, haqq özü qazı,
Qurbaniyәm, işim aralar mәnim.