Məzmuna keç

Mənim (qoşma, Xəstə Hasan)

Vikimənbə saytından
Mənim
Müəllif: Xəstə Hasan
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Ey ağalar, sizi tərif eyləyim,
Nədəndi çəkilməz bu nazım mənim?
Təmizdi əlfamız, pakdı sözümüz,
Hayıf ki, görməyir bu gözüm mənim.
 
Dəryada işləməz yelkənsiz gəmi,
Ürəkdə olmasın dərd ilə qəmi,
Ulu məclislərdə yapaydım dəmi,
Əlimdə olaydı bu sazım mənim.
 
Mən Xəstəyəm, oxuyardım, yazardım,
Qəvvas olub dəryalarda üzərdim,
Çarx misallı bu dünyanı gəzərdim,
Neyləyim, tutmayır bu dizim mənim!