Mənim ağlım alacağın
Görünüş
Mənim ağlım alacağın Müəllif: Aşıq Sait |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Mənim ağlım alacağın,
Mənə cəfa qılacağın,
Fəryadlara salacağın,
Biləmədim, biləmədim.
Görməyəli cananımı
Gözlərin tökər qanımı,
Bu dərdimin dərmanını
Bulamadım, bulamadım.
Həsrət bağnm yaxar oldu,
Sitəm qəlbim yıxar oldu,
Gözüm yaşı axar oldu,
Siləmədim, siləmədim.
Həsrətinlə bağnm kabab
Gözüm yaşı oldu şarab.
Dodağından şəfi cavab
Alamadım, alamadım.
Gümüş tənlim, hicrin ilə
Saiti düşürdün dilə.
Bir təsəlli bu könülə
Verəmədim, verəmedim.