Məzmuna keç

Mənim andım

Vikimənbə saytından
Mənim andım
Müəllif: Ümmügülsüm
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Gönnəzsə gözüm bir an üzünü,
Ruhumu oxşayan munis gözünü,
Dinləməzsəm əgər dadlı sözünü,
Ötən bülbüllərdən soraram səni.

Səni düşünürəm, ey gözəl xülya,
Sensən kirpiyimdən asılmış röya.
Nuhun dövrü gəlsə, dağılsa dünya,
Yenə kainatda araram səni.

Uyutmaz qəlbimi başqa bir şəfqət,
Ruhumu oxşamaz heç bir məhəbbət,
Əgər aralığa düşərsə firqət,
Əsən küləklərdən soraram seni.

Ey Sadiq, sadiqəm əhdimə, səne,
And olsun allaha, doğma vətənə,
Sənsiz nəsib olan ölümdür mənə,
Haraya getsən də, taparam səni.