Məzmuna keç

Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!

Vikimənbə saytından
Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!
Müəllif: Məhəmməd Füzuli


Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!
Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya rəb!

Dəmadəm cövrlərdir çəkdiyim birəhm bütlərdən,
Bu kafərlər əsiri bir müsəlman olmasın, ya rəb!

Görüb əndişeyi-qətlimdə ol mahi, budur virdim
Ki, bu əndişədən ol məh peşiman olmasın, ya rəb!

Çıxarmaq etsələr təndən, çəkib peykanın ol sərvin,
Çıxan olsun dili-məcruh, peykan olmasın, ya rəb!

Cəfavü cövr ilə mötadəm, onlarsız nolur halım,
Cəfasinə hədü cövrünə payan olmasın, ya rəb!

Demən kim, ədli yox, ya zülmü çox hər hal ilə olsa,
Könül təxtinə ondan özgə syltan olmasın, ya rəb!

Füzuli buldu gənci-afiyət meyxana küncündə,
Mübarək mülkdür, ol mülk viran olmasın, ya rəb!