Mərd (Şəmkirli Aşıq Hüseyn)
Görünüş
Mərd Müəllif: Şəmkirli Aşıq Hüseyn |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Analar oğlan doğanda qoy doğsun oğlanı mərd,
Atası kamil olan tez tapar dövranı mərd,
Axşamadək ac da qalsa, bir tikə yalqız yeməz,
Gedənin yoldan qaytarar, xub saxlar mehmanı mərd.
Bir mərd ilə ülfət qılan axır bir gün mərd olu,
Namərd ilə ülfət qılan çöl-biyaban gərd olu.
Namərd bir mehman görəndə iki gözü dörd olu,
Mərd çəkər alar əlindən, gen açar sufranı mərd.
Aşıq Hüseyn deyər, namərd binişan olu,
Bir məclisdə namərd olsa məclis pərişan olu.
Mərd bir məclisə varanda məclis ürövşan olu,
Hər yerdə bir xanə yapar, gəşt eylər cahanı mərd.