Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni
Görünüş
Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni Müəllif: İmadəddin Nəsimi |
Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni,
Xoşmusan, ey bərgüzidə yar, xoş gördük səni.
Doğrusu, müştaq idik, cana, bəsi didarına,
Ey gözü nərgis, üzü gülnar, xoş gördük səni.
Gəlməyə çün afitabü getməyə çün mahitab,
Haliya, ey kövkəbi-səyyar, xoş gördük səni.
Müddəilər tə’n urarlar irqətindən halıma,
Bir dəxi bər kuriyi-əğyar, xoş gördük səni.
Dərdimənd olmuş idi miskin Nəsimi sənsizin,
Ey vüsalın dərdimə timar, xoş gördük səni.