Məzmuna keç

Mərhum Zakirin qəzəli

Vikimənbə saytından
Mərhum Zakirin qəzəli
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Geyib gülgün qəba sərvim, durub gülzar arasında,

Sanasan şaxsari-gül durub gülnar arasında.


Gözümdən, ey kəmanəbru, sərasər keçdi peykanın,

Bir əndək saxladım bu dideyi-xunbar arasında.


Siyahbəxtü pərişan olduğumdan qəsdim oldur kim,

Gəzəm bu rənglə ol türreyi-tərrar arasında.


Səgi-kuyinlə tutsam cəng, tut mə’zur, soltanım,

Qapıda qilüqal olmazmı xidmətkar arasında?


Səhər pərvaz edəndə zülfı-müşkin dövri-ruyində,

Görən der zağlərdir gülşənin oynar arasında.


Qaçıbdır tə’ndən Fərhad kuhə, Qeys səhrayə,

Mənim tək daşlanan kimdir dərü divar arasında?


Arasında nə nisbət qeyrlər cananilə canın,

Dil olsun olsa da, Zakir, yenə naçar arasında.


Hərimi-məhrəmi-bəzmi-səri-kuyi olan Zakir,

Rəvadırmı gəzə biganəvar əğyar arasında?