Mərizi-eşqə əlac eyləməz təbib, ölmə
Görünüş
Mərizi-eşqə əlac eyləməz təbib, ölmə Müəllif: Fatma xanım Kəminə |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Mərizi-eşqə əlac eyləməz təbib, ölmə!
Bu dərdə carə edər visləti-həbib, ölmə!
Visalə talib olan aşiqə bəla yetişur,
Fəraqə səbr elə, sən munca bişəkib, ölmə!
Xəyali-zulf səni xeyli natəvan edəcək,
Səni məriz edər cesmi-dilfərib, ölmə!
Fəğanu nalə cəkib, qılma hicrdən şikvə,
Budur uınid, sənə vəsl ola nəsib, ölmə!
Demə vətəndə mənə bir ənisu munis yox,
Sənə ənis qəmi-eşqdir, qərib, ölmə!
Qiyam qılmasa gər, sərvqəddu siməndam
Ki, ruzi-həşr sənə olmaz ənqərib, ölmə!
Şikayət etmə, Kəminə, rəqib cövrundən,
Kəməndi-hicrə duşəp, sən kimi, rəqib, ölmə!