Məstanə gözün əksidi, ey yar, gözümdə

Vikimənbə saytından
Məstanə gözün əksidi, ey yar, gözümdə
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 87

Məstanə gözün əksidi, ey yar, gözümdə,
Yoxsa göz açıb nərgizi-xummar gözümdə.

Get boynuna göz muncuğu al tax, qara gözlüm,
Əfv et, gözümün nuru, bir az var gözümdə.

Kuyində gəzən itdə vəfa xisləti vardır,
Ondan da rəzil görsənir əğyar gözümdə.

Gərdi-rəhi-pakindi gözüm sürmeyi-çeşmin,
Lütf eylə, öpüm qalmasın azar gözümdə.