Mətləbim kuyində didar-i camalındır sənin
Mətləbim kuyində didar-i camalındır sənin Müəllif: Məhəmmədəli bəy Məxfi |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Mətləbim kuyində didar-i camalındır sənin,
Zindəganlıqdan qərəz ancaq visalindir sənin.
Çeşmə-yi heyvandan sönməz bu könlüm yangısı,
Arizu-yi xatirim ab-i zülalındir sənin.
Gəl məzarım üstə, sərvim, bir qədəm bas sinəmə,
Bu sərü tən xak-i payın, payimalındır sənin.
Əhl-i üşşaqın salamat olmağı mümkünmüdür?
Hər qıya baxdıqda can almaq xəyalmdır sənin.
Qaşların tağın qoyub məhraba məyi etməz könül,
Səcdəgahım eşq ara ol kəc hilalindir sənin.
Söhbət-i xəlq-i cahan yanımda bir əfsanədir,
Mətləbim şəkkərşikən, şirin məqalmdır sənin.
Danə-yi ənqurdur düşmüşmüdür gülfam ara,
Ləblərində yoxsa ol hindu-yi xalındır sənin.
Unutmusan, ey məh, deyirlər, dəm kamal-i hüsndən,
Bu müşəxxəs oldu, nöqsanü zəvalindir sənin.
Gəl-gəl, ey aram-i can, can verməyim oldu əyan,
Məxfi-yi dilxəstə müştaq-i cəmalindir sənin.