Məzmuna keç

Məxı istəmənəm dərdimi cananə desinlər

Vikimənbə saytından
Məxı istəmənəm dərdimi cananə desinlər
Müəllif: Qövsi Təbrizi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Məxı istəmənəm dərdimi cananə desinlər,
Əhvalımı ol zülfi-perişanə desinlər.
01 Leyliyə qurban oluram mən təhi-dildən,
Qoy bir neçə bitəh mənə divanə desinlər.
Pərvanə yaxar var-yoxunu bir oda yetsə,
Razı deyiləm kim, mənə pərvanə desinlər.
Onlar ki, deyirlər bu nə fəryadü fəğandır,
Ban bu sözü ol güli-xəndanə desinlər.
Dillər tökərəm bülbülü pərvanəyə Qövsi,
Ta bir gün. olar, halımı cananə desinlər.