Mәn qәribәm vәtәnimdә, qazılar

Vikimənbə saytından
Mәn qәribәm vәtәnimdә, qazılar
Müəllif: Əbdürrəhman ağa Dilbaz oğlu
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.


Mәn qәribәm vәtәnimdә, qazılar,
İtirmişәm ağır ellәr, ağlaram.
Könül hәsrәt qaldı, can intizarda,
Gözlәrәm sübhü şam yollar, ağlaram.

Hәşrә qaldı canda el intizarı,
Görәrmola, ya rәb, didar didarı?
Fikr elәrәm hәr dәm ol aşna, yarı,
Gözlәrimdәn axar sellәr, ağlaram.

Eldәn ayrı düşdüm, güzarişim yox,
Sığındım mövlaya, qeyri işim yox,
Munisim, qәmxarım, bir yoldaşım yox,
Sәrimdә qovğalar, qallar, ağlaram.

Könlümüzdәn gedib eşqü hәvәslәr,
Yığılsın bir yerә könlü şikәstlәr,
Qohumdan, qardaşdan yad olan kәslәr,
Dolanır bağrımda millәr, ağlaram.

Şair, hәqdәn gәrәk insana dövlәt,
Getmәyә üstündәn sayeyi-rifәt,
Xudadan gәr bizә olmasa şәfqәt,
Aylar ilә gülsәm, illәr ağlaram.