Maşallah (Xəstə Hasan)
Görünüş
Maşallah Müəllif: Xəstə Hasan |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.445; ISBN 978-9952-571-42-4 |
Təzədən bir gözəl çıxdı aləmə,
Yanağı gül, buxaq lala,maşallah!
Onun gözəlliyin aldım qələmə,
Bədr sifət, ay camala maşallah!
İsmin Mələkdir, yoxsa Salatın,
Xətəmin zərnişan, sırması altun,
Qaldır, niqabını aç,Güləbatın,
Dal gərdəndə sarı telə,maşallah!
Xəstə pir əlindən içibdi bada,
Gözəllər yolunda gedərəm bada,
Daha tərif olmaz bundan ziyada,
İndi baxdı gülə-gülə,maşallah.