Məzmuna keç

Mahi-məhərrəm oldu yenə göylər ağladı

Vikimənbə saytından
Mahi-məhərrəm oldu yenə göylər ağladı
Müəllif: Mirzə Məhəmməd Tağı Qumri
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Mahi-məhərrəm oldu yenə göylər ağladı,
Düşdü cahäne qülqülə aləmlər ağladı.

Gəldi mehi-müsibetü eyyami-təziyə,
Bu matəmezayə görün kimler ağladı.

Şahi-rüsül, əmiri-ərəb, xətmi-ənbiya,
Əmmaməsin alıb ələ peyğəmbər ağladı.

Döndü xəzanə gülşəni Zəhrayi-əthərin,
Dəşti-Nəcəfdə sərvəri-din Heydər ağladı.

Qətli-Hüseynə eylədi iqdam Şümri-dun,
Amma əlində rəhmə gəlib xəncər ağladı.

Başın alıb diz üstə kəfensiz verəndə can,
Xeyrənnisə başında qara möcər ağladı.

öəli-cəfa ilə qolu bağlandı Zeynəbin,
Gördü bu halı şurə gəlib ləşkər ağladı.

Çəkdi Səkinə ahi-cigər suzi-sinədən,
Meydan içində nəşi-Əli Əkbər ağladı.

Oldu ərus ləşkəri-küffarə dəstgir,
Torpaqlar üstə Qasimi-gülpeykər ağladı.

Gülsum olanda zillətilə nəqayə süvar,
Əbbasi-namdar vəfapərvər ağladı.

Qumri, bu qisseyi-ələməfzanı qıl tamam,
Əldə qələm şərarə tutub, dəftər ağladı.