Mahi-tabandır üzün, ey afitabi-xavəri
Mahi-tabandır üzün, ey afitabi-xavəri Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. "Seçilmiş əsərləri. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Lider. 2004. ISBN 9952-417-16-9. |
Ey badi-səba, məndən ilət yarə səlamı,
Şol qəmzələri ərbədəcu, eyni həramı.
Müştaqə nədir çarə, mana bildir, anı et,
Gər fürsət ola yarə dəgirmək bu pəyamı?
Yandırdı məni yandırıcı firqəti anın,
Bir daxi qanı kim, görüm ol mahi-təmamı?
Zülfündənü xalından anın ayruyam, ayru,
Ey həq, mana ver sən yenə şol danəvü damı.
Məqsudi kimin kim, iki aləmdə nə sənsən,
Məqsudunu itirdivü fəth olmadı kamı.
Mə’nidə üzü qiblədə ol arif imiş kim,
Üzündür anın qibləsi, eynindir imamı.
Ol lövhdü, ey üzü qəmər, gül yanağın kim,
Ruhülqüdüs ol lövhdən endirdi kəlamı.
Bəzmində əzəl saqisi lə’lin mana sunmuş,
Ol badəyi kim, ruhül-əmindir dolu camı.
Vəslin əbədi bəxt imiş, amma nə deyim kim,
Dövranı degil baqivü peyvəstə davamı.
Hüsnün quludur cümlə əgər mahisə, gər xur,
Ey lə’linə can bəndəvü yazuqlu qulamı.
Namusa məni də’vət edər nasehü namə,
Ey xacə, nədir aşiqə namus ilə namı?
Vəsfində Nəsimi sözünü ərşə çıxardı,
Qanğı sədəfin incisi buldu bu nizamı.