Məzmuna keç

Mana mehri ermədi sən məhliqanın, neyləyim

Vikimənbə saytından
Mana mehri ermədi sən məhliqanın, neyləyim
Müəllif: Həbibi
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-16.

Mana mehri ermədi sən məhliqanın, neyləyim,
Axın olmadı bu cövrü cəfanın, neyləyim.

Bir tükənməz qarə sevdadır başıma saçların,
Ey cahanın fitnəsi, ucundan anun neyləyim.

Tiz edəldən mənə xəncər mərdi-kafər gözlərin,
Rahəti qılmadı, getdi cismü canun, neyləyim.

Nə qədər fikri-dəqiq edər olursam bilünü,
Qayətinə əql erməz ol miyanun, neyləyim.

Xəttü xalın nəqşi dildən göz yaşilə getmədi,
Yazusudur başuma, çünkim xudanun, neyləyim.

Bir nəfəs çün səndən ayrı oldu canım, ey sənəm,
Varlığın canü cəhanın, kün fəkanun, neyləyim.

Sordu can Ruhül-Qüdüsdən şol dəhanın sirrini,
Bilməzəm mən sirrini, der, qeybdanun, neyləyim.

Olmadı bu pirə hərgiz xani-vəslindən nəsib,
Sən səadətlü cəvanmərdi-cəvanın, neyləyim.

Arizin dövrində şol gül cilvə edər kəndünü,
Gör utanmaz yüzünü ol bihəyanın, neyləyim.

Can gözün, Mərrüx qəmzən seyfi çün ənbər olur,
Tiri-Zöhrə, Mahi-Mehri-asimanın, neyləyim.

Çün Süheyli ləblərün bir busə verməz canuma,
Gündə min gəz öpdügünü firqət onun, neyləyim.

Ləlü yaquti rəvanımdan rəvan etməz sana,
Ey Həbibi, saqiyi-namehribanun, neyləyim.

Ol həvavü bu həvəs kim ləbləri et cam,
Heç edüb yelə verür zülfün o canun, neyləyim.