Məzmuna keç

Manasın doğulması

Vikimənbə saytından
Manasın doğulması
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Artıq söhbət nə lazım
İndisə qulaq asın
Sizə dastan söyləyim
Ər Manasdan söyləyim...
Toydan iki il keçdi
İl yox, sanki yel keçdi
Manas ana boynunda
Olanda üç ayında
Baybikənin ürəyi
İstəmədi yeməyi.
Anladı ki, o, daha
Dəyişibdir iştahı —
Qaçır baldan, şəkərdən.
Ağlına gəldi hərdən
Yesin pələng ürəyi —
Budur arzu- diləyi.
O da ki, deyil asan —
Axı, necə tapasan.
Fikrə getdi Baybikə:
— Qismətimdə var bəlkə...
Xəbər gəldi: — İlxıçı
Nişan alıb gözücu
Bir pələng yaralayıb,
Bağnnı paralayıb,
Dərisini soyubdur,
Ətin yerdə qoyubdur...
Bu xəbəri eşidən
Çıyırdı qalxdı birdən,
Çəkdi onu muradı —
Görüşünə tələsdi,
Gəlib yolunu kəsdi.
Gələndə xeyli gümüş,
Özü ilə götürmüş.
Dedi: — Sərvət alarsan,
Çoxlu dövlət alarsan,
Atım çap ilxıçı,
Bir pələng tap ilxıçı.
Yar, gətir ürəyini,
Göyərt bu diləyimi.
Sən atamdan, anamdan
İndi mənə yaxmsan
Nə istəsən al-verim,
Qızıl, gümüş, mal verim.
... İlxıçı bu söz ilə
Qəfil tapdı xəzinə.
Bir alıcı quş oldu,
Əzablara tuş oldu.
Aşınmlar aşdı o.
Dağlan dolaşdı o.
Yatdı yolun üstündə.
Gördü yolun üstündə
Uzambdır bir pələng —
Vurdu onu bu zirəng.
Ürəyini çıxartdı,
Arzuya, kama çatdı...
Atını geri sürdü.
Yolda daha nə gördü:
Gördü ayğır at ölüb-
İlxıçılar tökülüb
Dərisini soyublar
Düşündü ki, nə olar
Onun da ürəyini
Aparsam olmaz yəni...
Əlində iki ürək,
İlxıçı sevinərək
Gəlib çıxdı obaya —
Pay düşürdü o “paya”...
Çəkildi qara kölgə
İşıqlandı Baybikə.
İşıqlandı alaçıq —
Arzu-kama yol açıq.
Sığmayır yerə-göyə
Yanaşdı Bədəl bəyə.
Dedi: “Oğlum, nə sirdi —
İki ürək gətirdin
Belə çox idi pələng?
Yoxsa tərpənib zirəng
Bir oxla ikisini Vurmusan.
De düzünü. Özgə heyvan ürəyi
Deyil mənim gərəyim
Bədəl bəy, ay oğlum, sən
Bəlkə yalan deyirsən”.
Şübhələndi Baybikə
Üzdü onu bu “bəlkə”
Bədəl bəy dedi: —
Vallah Şahiddir ki, bir
Allah Dediyim yalan deyil,
Bu qan özgə qan deyil —
Bu pələng ürəyidir,
Əgər varsa yalanım,
Qılıncımla doğranım.
Yox daha söz söhbətim —
Bu da mənim qiymətim...
O yandı için-için
Bu şübhəli söz üçün.
İnandı ki, Baybikə
Yalan demir bu əkə.
Su gətirdi bir səhəng.
Önündə iki ürək —
Onlan pak elədi,
Bişməmiş çiy-çiy yedi.
Pay vermədi heç kəsə
Yedi bircə nəfəsə.
Töküb qanlı suyunu
Ləzzətlə içdi onu.
Daha gəldi özünə
Bəxti güldü üzünə...