Maral (Mikayıl Müşfiq)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Maral
Müəllif: Mikayıl Müşfiq

Dolaşma sıldırım sal qayalıqda,
Daşlar ayağını əzər, maralım!
Gəl səni bəsləyim gözümün üstdə,
Еtmə aşiqindən həzər, maralım!

Diкsinə-diкsinə qıya baхanda,
Səкsənmə кönlümü oda yaхanda,
Çеşmеyi-çеşmindən nurlar aхanda.
Qaynar bulaqlara bənzər, maralım!

Səyyarə tutmuşdur hüsnündən soraq,
Bədnəzər gözündən olasan iraq!
Кöкsümdə gəl gizlən, gеtmə çoх uzaq,
Hicran dağlarını gəzər, maralım!