Mari-siyahi-zülfün edәr xanә könlümü

Vikimənbə saytından
Mari-siyahi-zülfün edәr xanә könlümü
Müəllif: Mirzə Hüseyn bəy Salar


Mari-siyahi-zülfün edәr xanә könlümü,
Qıldı mәhәlli-gәnc bu viranә könlümü.

Tiri-bәlayә etdi hәdәf aqibәt mәni,
Ya rәb, görüm ki, seydvәş oxlanә könlümü.

Qәmzәn çәkib xәdәng, qaşın tir ilә kәman,
Qanlı kimi çәkәr hәrә bir yanә könlümü.

Qoyma ki, şanә dil uzada tari-zülfünә,
Allah üçün batırmagilәn qanә könlümü.

Xalın hәvası ilә könül qondu zülfünә,
Axır әsiri-dam elәdi danә könlümü.

Hәr sübhlәr bu xәstә dili xәstә eylәyir
Gahi nәsimi-sübh, gәhi şanә könlümü.

Salarını qoyub qәmi-hicranda mübtәla,
Rәhm eylәmәz, edәr yenә viranә könlümü.