Məzmuna keç

Mehdi bəy Tiflisdən Mirzə İbrahim Səbanın Əhvalını Rəhim bəyə yazır

Vikimənbə saytından
Mehdi bəy Tiflisdən Mirzə İbrahim Səbanın Əhvalını Rəhim bəyə yazır
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


İbrahimin halın, mətai-əkrəm,

Mərhəmət yolilə alsanız xəbər,

Dolanır bazarda səfil, sərgərdan,

Şimdi sizin üçün çəkdirir çəpər.


Adəm idi fəqir zəmani-mazi,

İki yüz manata olmazdı razi,

Bu yerdə sataşıb cənabi-qazi,

Edibdir uçquldan onu dərbədər.


Sifətinə görə yoxdur xoş halı,

Xiffətindən lap çallanıb saqqalı,

Əgər keçsə onun belə əhvalı,

Yəqin bil ki, başın alıban gedər.


Mübtəlayi-həlva, mədəyə əsir,

Söhbətləri tə’vil, qaməti qəsir,

Soruşsan ki, ona nə idi təqsir,

Yazdım necəliyin sənə müxtəsər.


Yaxşı deyil sözü qırmızı demək,

Qaziyə məlumdur, etmənəm hənək

Əlyazmada Sanca Əlili kimi yazılsa da toponim kimi Sancallı qəbul olunmuşdur. Şkoladan - yəni, məktəbdən

Fəqirin başını kəsdi şəm’ tək,

Çirağ söhbətindən var idi kədər.


Çəməni-damaği olubdur örən,

Yüz hərifin daim cavabın verən,

Hanı o İbrahim, hanı sən görən,

Qan ağlarsız onu görəsiz əgər.


Gedibdir bilmərrə gözünün nuru,

Quruyub çöp kimi, olub qupquru,

Dəyişilib rəngi, düşübdür suru,

Saqqalının ardı ağarıb yeksər.


Halva yeyər olsa iyirmi bükün,

Çefaidə, onun tökdülər tükün,

Bundan sonra gərək bağlayıb yükün,

Axirət səmtinə eyləsin səfər.


Sizin yolunuzda çox çəkib əmək,

Mənə lazım deyil şərh edib demək,

Çalışın, işində eyləyin kömək,

Aşinalıq tərzi belə olur məgər?