Mehdi müqəddəs qurandır, gələcək qurandır

Vikimənbə saytından
Mehdi müqəddəs qurandır, gələcək qurandır! (1997)
Müəllif: RAUF CAVAD

Mehdi müqəddəs qurandır, gələcək qurandır!
Gələcək o Sahib Zaman mübarək qurandır!

Gözləmə kimisə köməyə gələcək sənə!
Yaradan ağıl verib, köməkdir sənə, mənə!
Düşün bir az kömək eylə kimsəsiz bəşərə,
Gör nə qədər yoxsul var, tapmır yemək səhərə!
Əqlin sahibi düşünər ki, ürək qurandır!

Kövrəkdir o kəski, var qəlbində eşq imanı,
Sevir Yaradanın yaratdığı hər insanı!
Mərifət sahibinin yanır hamıya canı,
Göstərir insanlığı, çünki qanır təqvanı!
Həqqi bilən anlar ki, ürək kövrək qurandır!

Gərək insanın ola üz gözündə həyası,
Görə həqiqəti ola hər kəsin sədası!
Çoxdur əzab-əziyyət çəkən insan nidası!
Varmı duyan bu nidanı, bir insan balası?!
Kim qansa əgər əl tutar, çün kömək qurandır!

Yoxdurmu heç bir kəsdə insaf!? Mal-dövlət vardır?!
Kim vicdanlı ola Vallah Mehdi ona yardır!
Bu dünyanı idarə edən mən, sən, insandır,
Hər şeyi xəlq edən Yaradan Sahib Zamandır!
Gəl dərk eylə ki, insan əqli bəzək qurandır!

Danışır düşünən insanla hörmətlə quran!
Diqqət elə danışır sənlə uca Yaradan!
Özgənin dərdinə şərikdir əxlaqlı güman!
Ağrı-acı duyanın vardır könlündə iman!
Rauf təmiz qəlblərdə gözəl istək qurandır!
       ...Müəllif:Rauf Cavad