Mehriban xanım Xədicə, bəşərin şəfası
Mehriban xanım Xədicə, bəşərin şəfası! (1993) Müəllif: RAUF CAVAD |
Xədicə, Mehriban qadın, möminlər qidası,
Hamıya Mehriban, Zəhranın gözəl Anası.
Sözləri şirindi, baxışı təmiz olanın,
Kimsəsizə əl tutardı, Zeynəbin nidası.
Üzü gülərdi, boynu bükük yetim görərkən,
Şəfqət Əlini verərdi, Gülsümün sədası.
Görməyib kimsəsiz, sevgi, Ana şəfqətini,
Alardı yetim nazını, həyatın Aynası.
Özü Mehriban, baxışı gözəldir Səhərin,
Hər kəsə örnək, Rüqəyyanın gül-naz siması.
Abdullah Qasimin, Atası ali Muhəmməd,
Xədicədən alır igidlər, hünər mirası.
Sevgi müqəddəs, meyvəsi qəşəng tazə şirin,
Həsən-Hüseyn səfası, bəşərin saf gilası.
Nəvə çox şirindi fəqət ömür qısa, ani,
Zaman tez keçdi, görmədi nəvə, naz laylası.
Ömrü, naz yetmədi edə nəvaziş bəşəri,
Mehriban xanım Xədicə, bəşərin şəfası!
Vəfasızdır cansız bəşər, bilməz Rauf kimdir!
Xəstəyə yar, şəfadır, Yusifin Şəhlası!