Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm
Görünüş
| Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm,
Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.
Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,
Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm.
Bir qədəh mey istədim, sındırdı könlüm şişəsin,
Daş bağırlı saqiyi-sahib-cəfədan küsmüşəm.
Çün “uman yerdən küsərlər” bir məsəldir xalq ara,
Küsdüyüm bica deyildir, aşinadən küsmüşəm.
Gördüm əvvəl ki, binasın yarlıq etmek deyil,
Vaqifa! Əsli budur, mən bu binadan küsmüşəm.