Məzmuna keç

Metrik şəhadətnaməsi

Vikimənbə saytından
Metrik şəhadətnaməsi
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Hər kəs dürüst statistika saxlaya ve yaxşı diqqet İlo hesab eləyə
görər ki, hər il Tiflisə Bakıdan, Gencədən, Şəkidən, Şirvandan, İrəvandan,
Qarabağdan və sair Qafqaz şəhərlərindən yüz minlarlə cibləri
dolu müsəlman qardaşlar gəlİb bİr neçə gün eyşi-işrətə məşğul
olub soııra lat-liit zəvvari-imam Riza qahb. Kimisi borclu bir növ
kəiək iiə əkilib, kimisi doxi teieqraf ilə evindən pul gətirdib düşdüyü
mehmanxananın hesabmı kesib ə!i qoynunda, boynu çiynində çıxıb
min həsrət ilə iiz qoyur vətenino vs gedib üzüqoyulu düşür böyriiiistə
yat ki yatasan.


Bu müsəlman qardaşlann Tifliso səfərləri və bunlarm bu şəhəro
şad gəlib qəmgin getmoləri neçə şoqqidən xaii olmur, ncçə sebəblər
olur ki, bunları biixtiyar bu şəhərin səfərinə vadar vo məcbur cdir.
Əgər bir parası şəfqət bacılanmn ziyarətlno gəlirlərso və bəzisi İraq
dindən, məzhəbden, naxçıvanhlar kimi mülklərİnİ “zemelni” banka
zaloq qoymağa, bir çoxusu dəxi idareyi-ruhaniyyədon ınetrik şəhadətnaməsİ
çıxarimağa gəhrlor.


Məselen, bu müsəlman qardaş ki istəyir ya oğlunu, qızırn, yainki,
qardaşını, bacısını rus şkolalarınm birisino qoysun, labüd gerək onun
metriki ola. Yəni onun doğulmağına şəhadət oluna ki, filankəsin
qızının bətnindən və fılankosın oğlunun sülbündən Axund Molla
İmamverdi axundun kesdiyi şəri kəbinİn movcibi ilə filan tarixdə
fılan vücud dünyaya qedəm qoyubdur ki, özü esil həlalzadə və nəsli
dəxi böyük bir dudmanə mənsubdur. Çünki Rusiyada istər xristian
olsun və ya qeyri-xristian kəbinsiz və saxlamadan doğulan uşağı bic
və atasız adlandınb ona metrik vermək şiddətli surətdo qadağandır.


Mən çox-çox adamlar ile görüşürəm və soruşuram ki, fİlan kəs'
Nə əcəb, alverinizin şirin vaxtmda və başmızm qarışıq vədəsində
Tiflisə qədəmi-rənce buyurubsunuz. Cavab verirlər ki, idareyiruhaniyyədə
İşimiz var, gəlmişik metrik çıxardaq. Və çox vaxt rastıma
çıxan bir qərib şəxs görürsən utana-utana məni dayandınb soruşur
ki: “Qardaş! Sən Həzrət Abbas, sen Qərib İmam Riza, şeyxuüslam
idarəsi haradadır, onu mənə bir nişan ver” , Və çoxları dəxi giiayə
edirler ki, keçən il ərizə verib idareyi-ruhaniyyədən metrik istədim,
vaxtmda gəlıb çıxmadı, uşağım dərsdən qaldı. İndi labüd laəlac
qalıb işlərimi üst-üstə toküb gslmişem kİ, belkə başıma burada bir
əlac eyleyim.


Mən əw ə l elə miilahizə edirdim ki, Allah eləməmiş, idareyiruhaniyyədə
müsəlman uşaqlarmm oxumalarına o qedər əhəmiyyət verən olmur və bəlkə məbz bunu düşünüriər ki, ehyanə bəlkə, oğlanlar oxuyub əqidələri süst oldu və qızlar dexi üzüaçıq gəzdi naməhrəmçilik
oldu və ya xudanəkərdə idarə üzvlərinin arasmda ədavət
və nıfaq olub sözleri bir-birilərilə tutmur və ona görə bir-birinə
zıdd gedib xalqın rücuatmı texire salıriar və metriklər bir bu qədər
yubadirlar və yainki metrik baresində idareyə gələn ərizəler markaları
səbəbine qulluqçulann arasında fövt olüb yeriərinə yetişməyir
ki, kifayət verilsin. Sonra gördüm ki, xeyr belə deyil, men kişilərin
haqqında sui zenn edirmişəm. Məhz onlar düşünüblər ki, Qafqaz
şəhərlərinde kəsilən kəbinlərin çoxusu xilafı-şər olub onda nə qızın
və nə oğlanın rəyi və rizası gözlənilmir. Ona göre onlardan doğulan
uşaqları bic hesab eleyib metrik şəhadətnaməsi verməkdə ehtiyatlı
və dİqqətli olurlar.
 


Ve bir də böylə də ola biler ki, necə ki Təbrizde meşrute
zamanı İdareyi-bələdiyye istəyirdi tedadi-rmfus dəftori düzeltsin.
Yəni hər evin külfətıni adbaad yazıb kötüyə salsın. Camaat oğlanlannın
adını gizlədirdiler ki, naməhrəmçilikdir. Niyə yad kişi mənim
əyalımm, qızımm adını bilsin. Şayəd Qafqazda da belə işlər olub,
indi idareyi-ruhaniyyəni əşkalata salıblar. Yoxsa heç inanmah deyil
ki, o cür müqeddəs pak biriya idarədə mctriklər səbobsiz yubanıb
camaat avara qalsın.

Pənah apanram Allaha, xalqın haqqında bohtan və iftira deyənlərə...
Sarsaqqulubəy

  • "Molla Nəsrəddin", 58 iyul 1914, N 22