Məzmuna keç

Mişkatu-l-ənvar/Əsl məqsədin bəyanı

Vikimənbə saytından
Mətləbin tədriclə açılması Mişkatu-l-ənvar. Əsl məqsədin bəyanı
Müəllif: Abbasqulu ağa Bakıxanov
Can yaxan eşqin işığından bir şüa


Ey konul, sən ibrət gotur oz başına gələndən,
Başqası da ibrət alsın bu yol ilə qoy səndən.
Mey məstliyi uzun surməz, davamı da azdır, az,
Ayılantək təsir qalmaz bir nəşəsi duyulmaz.
Gunahını bağışlatmaq diləyirsən, dilə gəl!
Haqq yoluna donənlərə bağışlanır pis əməl.
Coxlarını məst eləyir var-dovləti dunyanın,
Gozlərini kor eyləyir bu var-dovlət insanın.
Bu dunyanı sevən demək faniliyə aldanmış,
≪Fəəğşeyna≫ ayəsilə gedib olsun qoy tanış.
Oz omrunu sərxoşluqda kecirərsə hər cahil,
Başağrısı bir an belə rahat qoymaz, onu bil!
Xumarlanmış gozlərini acan zaman yuxudan,
Gorəcəkdir gunəş cıxmış, işıqlanmış bu cahan.
Hər əmələ, ədalətlə cəza verər haqq ozu,
O əyriyə əyri deyər, duzə cıxarar duzu,
Aləm nədir sinəsində caxnaşmalar, qovqalar,
Sərmayəsi: şohrət, qurur bundan başqa nəyi var?!
Bu dunyanın arzuları: sonsuz ələm, məşəqqət,
Kopuk kimi suda uzur, itib gedir nəhayət.
Var-yox butun əfsanədir, mənasız bir xəyaldır,
Bu xəyaldan ozgə nə var, dərk eyləmək mahaldır...
Cox məşhurdur Səba şəhri gozəlinin dastanı,
Ki, dalğaya bənzətmişdi şuşədəki damlanı.
Həqiqətdən sən uzağa cox duşmusən, əzizim,
Yoxluğa bir varlıq deyə səhv etmişsən, əzizim!
Bu dunyanı duymaq olmaz xəyallara dalaraq,
Aləm nədir? Nədir onda belə ləzzət, bu maraq?
Arzu kamdan cox uzaqdır, birləşməzlər hec zaman,
Muzdurluqdur bu yaşamaq, dunya boyuk bir zindan.
Məşəqqətlə omur surub, rahatlanmaq dilərik,
Əlimizdə olan dovlət: ehtiyacla koləlik.
Təəccublə baxıram mən mal toplayan hərisə.
Yığdığını alacaqdır ya tufan, ya vərəsə.
Beləliklə, qəribədir hər bəşərdə bu xislət,
Hərisliyi tuğyan edər, şərə duşər nəhayət
Subut ucun Qurandakı bir ayəni oxu, bil,
≪İnnəl-insan≫ ayəsinin hikmətləri boş deyil!
İşrət nədir? Etibarı olmayan bir həvəsdir,
Zəmanənin əhli kimi vəfasızdır, əbəsdir.
Gecə deyək xoş kecindik, bir az keyfə baxaraq,
Gunduzlərin əzabından bəs necə can qurtaraq?!
Bir loğmanı axşam yedin, kef kokəldi, bu bəlli,
Axı gunduz aclığına bu olarmı təsəlli?!
Kecənlərdən boş xatirə qalacaqdır dunyada,
Royalarda gorduklərin bir xəyaldır bil o da.
Hokmranlıq nədir? Nəfsə məhkumluqdur mənası,
Azadlıqdan həmişəlik məhrumluqdur mənası.
Mənsəbindən səmər nədir: sonsuz cədəl, qalmaqal
Başın qovğa icindədir, oz işinə yox macal.
Artar hər an təşvişlərin, urəyində təlaşın,
İşlərinə baxmaq ucun fursət tapmaz oz başın.
Hər tərəfdən hucum edər duşmənlər və paxıllar,
Bir az kecməz xasiyyətin donub itdən pis olar.
Yavaş-yavaş tinətində gorunər bir qəddarlıq,
Sarsılaraq viranəyə donər səndə bu varlıq,
Zulm edərsən, gunahını hec boynuna almazsan,
Qan tokmək də gozlərinə gorunəcək cox asan.
Zənn edərsən ki, filankəs sənə quyu qazır ha,
Ozun quyu qazıb onu tez salarsan quyuya.
Nə ozundən xəbərin var, nə işindən, karından,
Qəflət səni ayrı salar ən vəfalı yarından.
Kecmişlərdə sənə bənzər bir məst kişi yaşardı,
Ki, məstliyin coxluğundan məstliyini danardı.
Hekayət
Bir kişinin dərd əlindən əhvalı cox caşbaşdı,
Bazarda o gəzə-gəzə bir əttara yanaşdı.
Dedi: Mənə bir həb ver ki, nəşə versin adama,
Pul verərək uddu həbi, gedib girdi hamama.
Xəlvət yerə girib palcıq surtən zaman ozunə,
Həbin guclu təsirilə baxdı bir an uzunə.
Dedi: Axı, dəyişmədi əhvalımı mənim həb?
Harda qaldı bəs şadlığım, yoxdur nəşəm, nə əcəb?!
Verdiyim pul getdi bada, hasilim bəs nə oldu?
Konlum kədər, qəm əlindən daha betər pozuldu.
Belə halla cıxıb getdi o həmamdan bazara,
Utanmadan min qəzəblə yaxınlaşdı əttara.
Dedi: Alcaq! Bəs həbinin hanı mənə təsiri?
Hec bir nəşə verməyibdir, ozundədir təqsiri!
Duz bir saat soydu, onu, ustunə də atdı şər,
Nəşə ondan gedən kimi tutdu ozundən xəbər,
Elədiyi qəbahətdən cəkdi sonsuz xəcalət,
Ah cəkdirdi, onu yaman peşman etdi bu halət.
Dedi: Aman, gor nə bəla gətirdim oz başıma,
Hansı uzlə nəzər salım indi oz tay-tuşuma?
Dostum əgər təkəbburdən sən keyfi saz olmusan,
Bu dunyanın eşqi ilə bir ədabaz olmusan.
Olma pisi yaxşıların cərgəsinə qoyan sən,
Sərxoş ikən gəl ozunu ayıq sanma, oyan sən!
Lətifə
Bir alimdən kecənlərdə sual etdi bir nadan:
— Hec divana bilərmi ki, məhrumdur o ağıldan?
Bilərmi ki, o dəlidir, şuura da biganə?
Cavab verdi: Bilsə bunu, demək deyil divanə.