Mişkatu-l-ənvar/Məqsədin kəşfi
←Bəyani-hal | Mişkatu-l-ənvar. Məqsədin kəşfi Müəllif: Abbasqulu ağa Bakıxanov |
Fikrin izahı→ |
Dostlar, mənim əhvalımdan siz olunuz baxəbər,
Gorun mənim şadlığımdan qalmışdırmı bir əsər?
O şəxsin ki, məhv olmuşdur hər arzusu, gumanı,
Ağlamaqdan başqa nədir onun dərdə dərmanı?
Urəyimdə coxaldıqca hər istəyim, həsrətim,
Bir o qədər umid sonur, artır dərdim, mohnətim.
Dostlar, məni xatırlayıb saldınızmı yada bir?
Yoxsa belə biganəlik sizə daha xoş gəlir?
Qəm əlində əsir olan bir qəribəm indi mən,
Bir şey yoxdur xilas etsin bu konlumu ələmdən.
Omrum kecdi mohnət icrə kədər dolu hicranda,
Gulustanın cicəkləri solub getdi xəzanda.
Mən bilirəm ağlamaqdan faydalanmaz qəlbimiz,
Lakin yanan hər bir şeydən tustu cıxar, şubhəsiz.
Bilirəm ki, xilas etməz bu nalə, bu ah məni,
Neyləyim ki, mumkun deyil saxlamaq ah-naləni.
Heyrət etmə gozlərimdən seltək qanlı yaş axır,
Bil ki, qəlbim oz qanını gozdən colə buraxır.
Bir zamanlar donmuş idim bəxtiyara dunyada,
Həmdəm idim zulfu ipək, nazlı yara dunyada.
İndi belə sərgərdanəm, halım olmuş pərişan,
Ağlım belə qalmış mənim oz işimə mat, heyran.
Dostlar, deyin bu dərdlərə varmı əlac, ya tədbir?
Nalə, fəqan etməkdən hec gorunmədi bir təsir.
Tutulmaqdan necin qorxsun tora duşmuş bir şikar,
Kaş ki, onu tutan ovcu olmayaydı zulmkar!
Bulbul əgər qarğa ilə salınsa bir qəfəsə,
Bulbul cəh-cəh vurmaq ucun hec gələrmi həvəsə?
Təəssuflər bu omrumuz boşa gedir anbəan,
Nə xeyr işə sərf olunur, nə sevgiyə, ah, aman!
Bu zamanə saldı əcəb məni dərdə, mohnətə,
Urək qanı cilədi bu cohrəyə, bu surətə.
Sanki mənə əzəl gundən olmuş idi bu xitab:
İcim bulud, xaricimsə olsun nurlu afitab.
Qan uddurur oz əlilə mənə zalim zəmanə,
Zahirdəsə guya vermiş mənə qızıl peymanə.
Hec bir istək alınmamış bu kəcrəftar fələkdən,
Loğman belə olsan yenə qurtarmazsan kələkdən.
Gozlərimdən qan selləri axır, qəlbim dağlıdır,
Qoncə kimi icim dolu, dodağımsa bağlıdır.
Cox sirlər bilirəm mən, acmağasa yox imkan,
Desəm belə kimdir mənim əsrarımı anlayan?
İbn-əl Fərid kimi fursət tapa bilsəm mən hərgah,
Xalqı yeni xəbərlərdən eyləyərdim mən agah.
Cıxmışsa da işlərimin ixtiyarı əlimdən,
Uzaqdırsa məndən əgər indi, əziz yar, vətən.
Yenə də bu sonsuz ələm, qussə ilə hər zaman,
Xoş gunlərə umidlərdir məni xoşhal yaşadan.
Eşq əgər oz zovqu ilə məni həmrah eyləsə,
Varlılıqdan, kasıblıqdan məni agah eyləsə,
Qəlbim onun qəmi ilə elə gulər, şadlanar,
Şadlığım qəm, qəmim isə donub şadlıq adlanar.
Məhəbbətdir bu dunyada gozlərimə nur verən,
Odur mənə həqiqəti acıq, aydın gostərən.
Ey ilahi, Qudsiyə sən qudsiyyətdən bir can ver,
Onun ağır dərdlərinə oz əlinlə dərman ver!
Gizli şeyə baxan zaman gorsun onu aşikar,
Hər işində dadına cat, sən ozun ol ona yar!