Məzmuna keç

Mişkatu-l-ənvar/Nəfsin qorunması

Vikimənbə saytından
Fikrin izahı Mişkatu-l-ənvar. Nəfsin qorunması
Müəllif: Abbasqulu ağa Bakıxanov
Mətləbin tədriclə açılması


Qudsi meydən qudsi nəşə istəmişdir hər zaman,
Hər kəs olar məclislərdə bu nəşəylə kamiran.
Bir mey istər, quvvət verə o mey dinə, ağıla,
O mey yox ki, onunla din, ağıl, hunər dağıla.
O şərabı istəməz ki, şər ab olmuş ləqəbi,
Zatında bir fitnə vardır, qarışdırar əsəbi.
Elə şərab istəməz ki, etsin cana bəd əsər,
Nəşəsindən qəm yaransın, xumarından dərdi-sər.
Deyirlər ki, yuz xətaya olar daim mey bais,
Ona gorə ad vermişlər ona ≪ummul-xəbais≫.
Ağılsız baş şərab ilə qızışarsa bir daha,
Bada gedər bir gun icrə hormət, ədəb və həya.
Bu uğursuz nəfsin hokmu qarışarsa hər işə,
Ağlasığmaz pislik olar insanlara bir peşə.
Nəfsin olsa can mulkundə sayğısız bir hokumdar,
Əvvəlcə o oz həyanı ortalıqdan qaldırar.
Bu sozlərdən yol acılar belə dərin mənaya:
Ki, din əldən gedər əgər tanımasa uz həya.
Həya yoxsa, həvəs icrə baş qaldırar rəzalət,
Zalım nəfsin istəyi də verər min bir fəlakət.
Mən bu fikri nəql etmirəm başqasının sozundən,
Oz başıma gələn işdir, qoy nəql edim ozumdən: