Mişkatu-l-ənvar/Vəzirin tədbir ilə təhlükədən xilas olması
←Vəziri məhv etmək üçün fitnəkarların tədbiri | Mişkatu-l-ənvar. Vəzirin tədbir ilə təhlükədən xilas olması Müəllif: Abbasqulu ağa Bakıxanov |
Vəzirin geri qayıdıb pis fikirli düşmənləri cəzasına çatdırması→ |
Vəzir evə donən kimi, bir guşədə tək qaldı,
Bu bəladan cıxış yolu axtarıb fikrə daldı.
Bir ləğm atan cağırtdırdı yanına həmən gecə,
Ona butun macəranı nəql eylədi gizlicə.
Gələcəyə vədə verdi, şirnikdirdi daş-qaşla,
Dedi bir an vaxt itirmək olmaz işə tez başla!
Bir lağım at həmən yerdən ortasına meydanın,
Boş yerə hec kecməməli bu iş ucun bir anın.
Usta himmət kəmərini bağlayaraq hunərlə,
Lağım atdı o durmadan, surətlə, min zəfərlə.
Cox cəkmədi istənilən hazır oldu tər-təmiz,
Bir nəfər də bu tədbirdən tutmadı bir xəbər, iz.
Vəzir ozu odun yığdı etibarlı adamla,
O meydanın ortasında qalatdırdı nizamla.
Məharətlə ortdu otla gizli yolu, bacanı,
Xəbər verdi şaha artıq catdı yanmaq zamanı.
Bu xəbərlə guruldadı bir anda boyuk şəhər,
Dildən-dilə gəzib getdi bu macəra, bu xəbər.
Kişi, qadın, uşaq, boyuk toplaşdılar durmadan,
Baxmaq ucun coxlarına qalmadı hec bir imkan.
Kucələrdə qalmadı yer izdihamın əlindən,
Tərpənməyə imkan yoxdu xas, avamın əlindən.
Bu dəm saray gozləyirdi həyəcanla vəziri,
Ta gorsunlər necə vəzir yanacaq diri-diri.
Səf cəkərək durmuşdular əyanlar, sərkərdələr,
Surətlə gəldi vəzir qəlbi şad, uzu gulər.
Boyuk inam və fərəhlə şaha təzim edərək,
Ətrafını istehzalı baxışlarla suzərək,
Dedi:--≪Şahım, qoy dovlətin artsın sənin dəma-dəm,
Bəxtin sənə qoy ram olsun, qul olsun sənə aləm.
Məni şahın qulluğuna aparırkən bu səfər,
Soruşsa o əgər sənin əhvalından bir xəbər,
Nə soyləyim? Şah dedi ki, məni əzir de hicran,
Qoy ona bir məktub yazım ver oxusun şadiman.
Sonra o bir məktub yazdı baxa-baxa camaat,
Hər şeydən az xəbər verib tamam etdi. Nəhayət--
Təqdim edib dedi:--≪Apar, atamı sən salamla!≫
Qucaqlaşıb yola saldı vəziri ehtiramla.
Vəzir girib odunların arasında oturdu,
Bədxah olan fitnəkarlar tez oduna od vurdu.
Atəşpərəst dini necə deyirdisə--etdilər.
Vəzir ≪yanıb kul olan tək≫ donub evə getdilər.
Lakin vəzir asimana qalxarkən alov, duman,
Gizli yola girib dərhal evə getdi durmadan.
Gunlər, aylar kecdi vəzir gizli qaldı nəzərdən,
O, olkədən xəbərdardı, şah xəbərsiz xəbərdən.
O, olkənin halını cox izləyirdi xəlvəti,
Bir gun ucun muntəzirdi gozləyirdi fursəti.
Gozləyirdi maraq ilə işin sonunu vəzir,
İstəyirdi bilsin nə bar verəcəkdir bu tədbir.
Muxtəsər ki, o həriflər bu kələkdən xoşdular,
Rahat nəfəs alıb daha əl-qol acıb coşdular.
Nə istədi hər kəs etdi, nə bir hesab nə kitab,
Olkə xərab oldu, xalq da cəkdi boyuk iztirab.
Hər tərəfdə zulm o qədər artdı xalqa anbaan,
Cox cəkmədi ki, olkəni etdilər xalqa zindan.
Dovlət işi elə bərbad hala duşdu, nəhayət,
Hətta nadan şah da qandı ki, necədir vəziyyət.
Lakin o, nə əlac etsin bu sağalmaz dərdinə,
Bu dolaşıq işi necə nizama salsın yenə?
İndi bildi ki, vəzirsiz etmir əmri bir təsir,
Atılan ox geri donmur, getmiş əldən o vəzir.
Cox təəssuf elədisə, oldusa cox peşiman,
Peşmancılıq fayda verməz, qalmışdı işə heyran.